Araşdırma işi göstərib ki, ailə problemləri daha çox qadınların səhhətinə mənfi təsir göstərir. Amerikalı psixoloqlar aşkar ediblər ki, gərgin evlilikləri olan qadınlar ürək və şəkər kimi xəstəliklərə tutula bilərlər. Müqayisə etdikdə, ərlərin belə problemlərə daha dözümlü olduğu aşkar olub.
Araşdırma işinin təfərrüatları 276 cüt arasında aparılan dindirməyə əsaslanıb. Bu cütlərin çoxu 20 ildən çox müddətdir ki, birlikdədirlər.
Hər cüt evlilik həyatının müsbət və mənfi cəhətlərini müəyyən etmək üçün anket doldurmalı idi.
Maddələr mübadiləsinin pozulması sindromu
Yüksək qan təzyiqi
Kök onurğa nahiyəsi
Qanda şəkərin yüksək olması
Yaxşı xolesterolun səviyyəsinin aşağı olması
Sonra həkimlər könüllülərdə metabolik adlanan maddələr mübadiləsinin pozulması sindromunun əlamətlərini aşkar etmək üçün sınaqlar keçiriblər. Bu, ürək problemləri kimi ciddi xəstəliklərin risqini artıra biləcək simptomlar toplusudur.
Gərgin evlilikləri olan qadınların depressiyadan daha çox əziyyət çəkdikləri və metabolik sindromunun əlamətlərinə malik olduqları aşkar edilib.
Problemli evlilikləri olan kişilərin də depressiyada olduqları bəlli olsa da, onlarda psixoloji ziyanın əlamətləri aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB