Psixoloqlar: Özünə inam insanı güclü edir

Psixoloqlar: Özünə inam insanı güclü edir

Özünə inamla başlayan xeyirxah fəaliyyətlər hər bir insanın xoşbəxtlik formulasıdır. Mütəxəssislərə görə insan nə qədər psixoloji baxımdan yaxşı olarsa gələcəyi o qədər aydın görər. Bu baxımdan öz hisslərini, emosiyalarını idarəetmə bacarığı və psixologiyası, əsəblərin qorunması, düzgün tərbiyə insan sağlamlığına müsbət təsir göstərən faktorlar hesab olunur. Psixoloqların fikrinə əsasən gündəlik stresslə üzləşənlər və uzunömürlü olmaq istəyənlər ilk növbədə şəxsi həyatlarında mövcud olan problemləri həll etməlidirlər. Həmin problemlərə sağlamlıq, karyera, ailə qayğıları, fədakarlıq və s. aiddir. Sadalanan problemlərin həlli üçün plan hazırlamaq və hədəflər müəyyən etmək önəmlidir. Bundan əlavə alınan hər hansı nəticəyə hazırlıqlı olmaq, zamandan düzgün istifadə etmək və daim irəliyə getmək vacibdir.
Elm adamlarının sözlərinə görə təmasda olduğunuz insanların şəxsiyyətləri və fikirləri ilə maraqlanmaq müsbət emossiyaların formalaşmasına imkan yaradır.
Açıq fikirli rəftar isə insanı arzularına çatdırır. Qarşılıqlı münasibətlərdə səhvə yol verməmək, ətrafdakı insanların fikrinə hörmət göstərmək, nəzakət qaydalarına əməl etmək müqəddəs vəzifələrdən biridir. İstədiyiniz hər şeyin sizdən asılı olduğunu unutmayın. Buna görə hər şeydən əlavə özünüzə zaman ayırın və sağlamlığa ciddi fikir verin, gündəlik işlərinizi azaldın, risk etməkdən çəkinməyin, hər bir işdə yaxşı olmağa və uğur əldə etməyə çalışın.Həmçinin fərdi bioloji ritmlərin dinamikasını nəzərə alan gündəlik rejim həyat tərzimizin bir parçasına çevrilməlidir. Gündəlik rejimdə düzgün qida rasionundan tutmuş, kifayət dərəcədə hərəkət fəallığı, orqanizmin möhkəmləndirilməsi, şəxsi gigiyena, savadlı ekoloji davranış, idmanla məşğul olmaq və digər vacib məsələlərə xüsusi yer verilməlidir.
Əgər qısa müddətdə arzuolunan nəticələrə nail olmaq çətindirsə metodu dəyişdirin.
Yuxarıda qeyd olunan məsləhətlərdən yararlanmaq üçün onların hər gün tətbiqi vacibdir.
Başqa sözlə həmin tətbiqləri gündəlik vərdiş halına gətirin. Günə müsbət fikirlərlə başlayın, gündəlik planlarınızı və işlərinizi təhlil edin.
Daha çox depressiya hallarından uzaq olun, hər gündən zövq almağı bacarın və həyat tərzinə ciddi fikir verin.

Bütün xəbərlər Facebook səhifəmizdə