Ukraynanın Zaporojye şəhərinin sakini Vladimir Sısa 8 min şampan butulkasından özünə ev tikib. Bunun üçün ona 20 il tələb olunub. Qəsrə bənzəyən evin hazırlanmasında əsasən yerli şampandan istifadə edilib. Ev sahibinin fikrincə, bu şampan butulkaları xarici analoqlarından fərqli olaraq daha qalındır və onu çəkiclə belə, dağıtmaq mümkün deyil. Maraqlıdır ki, bu cür evdə qışda isti, yayda isə sərin olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB