Mağara şatoya çevrildi FOTOLAR

Avstraliyalı Lionel Buckett ailəsindən ona miras qalan ərazidə gəzərkən mağara ilə rastlaşır. Kəşf etdiyi mağaranın mənzərəsini bəyənən Lionel onu ev etməyə qərara verir. SİA sizə həmin mağaradan düzəldilən evin fotolarını təqdim edir:

Ağacların arasında yerləşən mağara təmiz havası ilə yanaşı möhtəşəm təbiət mənzərəsi ilə üz-üzədir. İçi olduqca adi əşyalarla düzəldilən mağara sadə amma şık bir görüntüyə malikdir.

Lionel Buckett sahədəki ekoloji vəziyyəti nəzərə alaraq evin şüşə və qapılarını cüt şeşədən etdirib. Bununla da ev sahibi evin soyuq havalarda istiliyini təmin etmiş olub.

Mağaraya ilk girdiyinizdə sizi ilk növbədə qum daşından düzəldilən bir bölüm qarşılayır. Bir az içəridə qonaq otasının olduğunu görmək mümkündür.

Mağaranın divarlarına ibtidai şəkillərə bənzər təsvirlər var.

Qonaq otağında soba, televizor və kenquru dərisi ilə örtülən yataq yerləşdirilib. İki nəfərlik yataq mənzərə ilə üz-üzə qoyulub. Yatağın önündəki kiçik pəncərədən hava şəraitinə görə istifadə etmək mümkündür. İstənilən zaman pəncərə açıb gözəl təbiət mənzərələrini seyr etmək olar.

Bura mağara demək haqsızlıq olar. Çünki, mağaranın hamam otağında spa açıq duş var. Bu evin lüks evdən heç bir fərqi yoxdur.

Mağaranın qapıları hər kəs üçün açıqdır. Belə ki, ev sahibi bənzərsiz mağara görmək istəyənlərə evin bir gecəlik kirayəsini 960 dollara təklif edir.

Əgər yolunuz Avstraliyaya düşsə bu evi mütləq ziyarət edin. Xüsusilə təbiət tətilinə çıxmaq istəyənlər üçün bu mağara əsil istirahət güşəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə