Sosial şəbəkələrdə Roma Papası Fransiskin inanclılarla görüşünü əks etdirən epizoda on minlərlə insan baxıb. Belə ki, həmin görüşdə atasının qucağında olan balaca qızcığaz Papanın qucağına istəyib. Mühafizəçilər onun istəyini yerinə yetirərkən, uşaq ani olaraq, Papanın başında olan "pileolus"u, yaxud "dzukketto"nu (katolik keşişlərinə məxsus araqçın-red.) götürüb. SİA versi.ru saytına istinadən xəbər verir ki, katolik kilsəsinin @MouitainButorac nikneymli bıoggeri Papanın Roma küçələrinin birində inanclılarla keçirdiyi görüşünə öz ballaca qızını da gətirib. Uşağı ponfitikə yaxınlaşdırıblar və pantifik balaca qızcığazı öpüb. Lakin uşaq anidən Papanın başındakı araqçını götürüb və sonra da özünə qaytarıb. Fransisk baş verənləri yumorla qarşılayıb.
Videoya bu linkdən baxa bilərsiniz:
http://www.vesti.ru/doc.html?id=2869247&cid=9
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB