Pasportumuzun dünya reytinqində yeri

Pasportumuzun dünya reytinqində yeri

İnsanları müxtəlif ölkələrdə vətəndaşlıq, daha doğrusu, fərqli ölkələrin pasportlarının üstünlükləri haqda bilgiləndirən "Nomad Capitalist" şirkəti 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlayıb. "Nomad Pasport İndeksi 2017" adlı sənəddə 199 ölkənin pasportları qiymətləndirilib.

Pasportların əhəmiyyəti 5 əsas faktora - pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, vizadan azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa, həmin pasportlara münasibətə görə müəyyən edilir.

2017-ci ilin 10 ən yaxşı pasportu aşağıdakı ölkələrin pasportlarıdır:
1. İsveç
2. Belçika
3. İtaliya
4. İspaniya
5. İrlandiya
6. Finlandiya
7. Almaniya
8. Danimarka
9. İsveçrə
10. Lüksemburq

Məsələn, 1-ci yerdə dayanan İsveç pasportunun üstünlüklərindən danışan sənəd müəllifləri bu pasport sahibinin 176 ölkəyə vizasız səfər etmək imkanı olduğunu, pasportun xaricdə çox böyük reputasiya qazandığını, İsveç pasportu olanlara bir neçə ölkənin vətəndaşlığını almaq imkanı verildiyini, onların şəxsi azadlığının yüksək səviyyəsini, xaricdəykən İsveç vergilərindən azad edildiklərini vurğulayırlar.

Belçika Avropa Birliyinin (AB) mərkəzidir, ona görə də, Belçika vətəndaşları nəinki AB ərazisində, ümumiyyətlə, dünyanın 174 ölkəsində vizasız gəzə bilərlər. Belçika pasportu sahibləri vergi azadlığından, ikili vətəndaşlıq imkanından da zövq alırlar. Həmçinin, başqa mədəniyyətlərə sayqıyla yanaşdıqlarına görə seçilirlər.

Yaxud Danimarka vətəndaşlarının pasportlarına üstünlük qazandıran onların sahiblərinin 174 ölkəni vizasız gəzmək imkanı, həm də, ümumiyyətlə, danimarkalıların dünyanın ən xoşbəxt vətəndaşları hesab edilməsidir. Dünyanın ən güclü ölkələrindən hesab olunan Birləşmiş Ştatların vətəndaşlarının pasportu dəyərinə görə 35-ci yerdə dayanır. Ən pis pasporta sahib olanlar.

Bütün xəbərlər Facebook səhifəmizdə