Türkiyənin Osmangazi Universiteti (ESOGÜ) araşdırma apararaq, maraqlı nəticələr əldə edib. Belə ki, araşdırmalara görə, qidalanmaya fikir verməmək, çox televiziya seyr etmək, kompüter və internet başında həddindən artıq vaxt keçirmək və bənzəri fəaliyyətlər uşaqlarda köklük xəstəliyinə və insulin müqavimətinə təsir göstərir. Bundan əlavə enerji, maye, duz balansı pozuqluqlarına, damar və orqan xəstəliklərinə səbəb ola bilər. Uzun müddət bu xəstələrdə ürək, damar xəstəlikləri, korluqla nəticələnən görmə itkisi, əl və ayaqlarda keyləşmə, gücsüzlük, ayaqlarda yaxşılaşmayan yaralar və böyrəklərin nizamlı işi təmin edilməyə bilər. Bu baxımdan psixoloji və fiziki sağlamlığa ciddi fikir vermək lazımdır.
Bəzi hallarda uşaq doğulduqdan etibarən genetik olaraq pankreas vəzi pozuqluqlarının ağır və ya yüngül formaları olur.
Uşaq dövrünü əhatə edən yaş qrupunda görülən xroniki xəstəlik enerji xəstəliyidir. Bu xəstələrdə həyat, əskik olan insulinin inyeksiya yolu ilə istifadə edilməsindən də asılıdır. Həmçinin sağlamlıq proseduralarını bilmək, boş vaxtlarda insan səhətinə yaxşı təsir göstərən fəaliyyətlərlə (musiqi, idman və s.) məşğul olmaq, düzgün qidalanmaq daha vacibdir.
Məlumatda oda bildirilir ki, səhv qidalanma ilə əlaqədar mövzularda həssaslığı təmin etmək üçün ailə və məktəbdən başlayaraq cəmiyyətdə sağlam qidalanma və pəhriz ilə əlaqədar ehtiyacı olanlara maarifləndirmə proqramları tətbiq edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB