Diqqət: Kompüterdə çox vaxt keçirən uşaqlarda psixoloji pozuntular olur

Diqqət: Kompüterdə çox vaxt keçirən uşaqlarda psixoloji pozuntular olur

Türkiyənin bəyənilən uşaq şəhərciklərindən biri sayılan Minopolistə keçirilən anket sorğuları nəticəsində müəyyən edilib ki, kompüter başında çox vaxt keçirən uşaqlarda psixoloji pozuntular olur. Yaşları 7-13 arasında olan uşaqların 80%-dən çoxu evdə vaxt keçirmək istəmədiklərini ifadə edib. 15 faizi isə evdə televiziya izləməyi ya da kompüter başında vaxt keçirməyi gözəl tətil olaraq qeyd edib.
Anketə qatılan uşaqların bəziləri yeni yerlər görmək istədiklərini bildirib.
Nəticədə müəyyən edilib ki, ev mühitində kompüter ya da televiziya başında çoxlu zaman keçirmək uşaqlarda psixoloji pozuntulara yol açır.
Çünki, onlar kompüterdə oyun oynayaraq və ya televiziyada lazımsız verlişləri, filmləri izləyərək vaxtlarını düzgün xərcləmirlər.
İstəyə uyğun maariflənmək, lazımi işlərlə məşğul olmağa isə zamanları olmur. Buda depressiya və stressdən əlavə onların gələcəyinə təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə