“Kurtlar Vadisi Pusu” serialı yenə kanal dəyişdirir

“Kurtlar Vadisi Pusu” serialı yenə kanal dəyişdirir

Sonuncu dəfə "Kanal D"-də yayımlanan "Kurtlar Vadisi Pusu" serialı yenə kanal dəyişdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ekranların ən çox kanal dəyişdirən serialı rekorda doymur.

Baş rollarını Necati Şaşmazın, Cahit Kayaoğlunun və Erhan Ufakın canlandırdığı serialın yayımı üçün "Panafilm" TRT kanalı ilə razılığa gəlib. Belə ki, 10 mövsümdür davam edən "Kurtlar Vadisi Pusu" serialı, dayandırıldığı yerdən davam edəcək və cümə axşamları yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə