Alimlər: "D vitamini hər 33 adamdan birini infeksiyalardan qoruya bilər"
Ekspertlər yeyinti məhsullarını D vitamini ilə zənginləşdirməyə çağırırlar. İmmunitet bu vitamindən bakteriya və viruslarda deşiklər açan immun "silahının" istehsalı üçün istifadə edir.
"Meddaily.ru" saytına istinadla xəbər verir ki, Kraliça Mariya Universitetinin alimləri 11321 adamın iştirakı ilə 25 müstəqil sınağın məlumatlarını təhlil ediblər. Ekspertləri müxtəlif respirator infeksiyalar maraqlandırıb. Onların hesablamalarına görə, D vitamininin qəbul edilməsi hər 33 adamdan birini infeksiyalardan qoruya bilər.
Bu vitamin hər gün, yaxud hər həftə bioloji aktiv əlavələr (BAƏ, böyük dozadan imtina etmək lazımdır) qəbul edən və əvvəlcədən orqanizmində D vitamini çatışmazlığı olan adamlar üçün xüsusilə vacibdir. Vitaminin əsas funksiyası bədəndə sümük, diş və əzələlərin möhkəmlənməsi və saxlanılması üçün lazım olan kalsiumun və fosfatın miqdarını tənzimləməkdir. Tədqiqatlar vitaminin immunitet üçün praktiki əhəmiyyətini də göstərir. Ancaq bu vitaminin çoxluğu qanda kalsiumun səviyyəsini yüksəldir. Nəticədə böyrəklər və ürəkdə problemlər yaranır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB