Ölüm əmrlərinin verildiyi telefon hərracda

Ölüm əmrlərinin verildiyi telefon hərracda

Adolf Hiltlerin şəxsi telefonu hərraca çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Tarixi Hərrac evinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, hərraca çıxarılan telefonun başlanğıc qiyməti 100 min dollar götürülsə də, onun 200-300 min dollar arasında satılacağı gözlənilir. Hərraca pul qoyuluşu növbəti həftənin sonu başlayacaq.

Hitlerin məhz bu telefon vasitəsilə bir çox insanın ölüm əmirini verməsi onu "kütləvi qırğın silahı" adlanmasına səbəb olub.

Hərrac evinin nümayəndəsi cihazın hansısa muzey tərəfindən alınacağına ümid etdiyini dilə gətirib: "İnsanlar həmin telefona baxarkən fazişmin nəticələrini təsvir edə biləcəklər".

Məlumat üçün bildirək ki, telefon Berlində Adolf Hitlerin bunkerində saxlanılıb və II Dünya Müharibəsi zamanı istifadə edilib. Qırmızı boya ilə rənglənən telefona Hitlerin adı ilə dekor verilib. 1945-ci ildə Hitlerin özünəqəsdindən sonra sovet hərbçiləri onu britaniyalı zabit Ralph Raynerə veriblər. Zabit 1977-ci ildə vəfat etdikdə isə cihaz onun oğlu Reynulfa miras qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə