İÇV (immun çatışmazlığı virusu) insanın onurğa beynində gizlənə bilər. QİÇS xəstələrinin onurğa beynini tədqiq edən alimlər bu nəticəyə gəliblər.
Alimlərin fikrincə, onurğa beyin viruslar üçün özünəməxsus sığınacaq yeridir. Virusun inkişafını zəiflədən dərmanların təsirinə baxmayaraq, infeksiya beyində gizlənərək tamamilə məhv olmur. Onurğa beyni xüsusi orqandır. Onun güclü müdafiəsi dərmanların da təsirinin qarşısını alır. Orqanizmin bu hissəsində dərman preparatları virusa təsir göstərə bilmirlər.
Tədqiqatçılar bildirmişlər ki, QİÇS-in daha təsirli müalicə metodlarını tapmaq üçün onurğa beyinin funksiyalarını ətraflı öyrənmək lazımdır. Bu orqanda indiyədək az öyrənilmiş sahələr vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB