Uşaqlara peyvənddən əvvəl şəkərli su vacibdir

Uşaqlara peyvənddən əvvəl şəkərli su vacibdir

Körpələr üzərində edilən bir tədqiqata görə, peyvənd edilmədən əvvəl şəkərli su içirdilmiş körpələrin daha az ağladıqları müşahidə olunub.

Cochrane adlı Beynəlxalq Araşdırma Mərkəzinin əməkdaşı olan həkim Mənalı Kassab və qrupunun etdiyi analizə görə, peyvənd edilmədən və ya qan almadan əvvəl şəkərli su verilən körpələr, yalnız su verilən körpələrə görə daha az ağlayırlar.

Cochrane tədqiqat qrupu, iş zamanı 1 ilə 12 aylıq 1500 körpə üzərində edilən 14 araşdırmanın məlumatlarını analiz edib.
"Körpələrə peyvənddən əvvəl şirin su verildikdə uzun müddət ağlamırlar" deyə cavab verib. Həkim, şəkərin ağrıları azaltdığı mövzusunda isə dəqiq bir məlumatlarının olmadığını qeyd edib.
Araşdırmanın nəticələri Cochrane Database of Systematic Reviews jurnalında dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə