Diqqət: Qoxu duyğusunun azalması ölüm riskini artıra bilər

Diqqət: Qoxu duyğusunun azalması ölüm riskini artıra bilər

ABŞ-ın Kolumbiya (Colombia) Universitetində edilən tədqiqatlara görə, qoxu duyğusunun azalması, 65 və bundan artıq yaşda olanların səhətində müəyyən çətinliklər yaradır.

Aparılan tədqiqatlar zamanı 65 və bu yaşdan yuxarı 1169 iştirakçıya təxminən 40 fərqli maddə iylədiblər və qoxunun nə olduğunu çox variantlı siyahıda işarə etmələrini istəyiblər. Bu təcrübədən sonra alimlər bu adamların sağlamlıq vəziyyəti və həyat tərzi ilə bağlı məlumatları araşdırıblar.

Edilən müşahidələrə görə, qoxuları ayırd etməkdə çətinlik çəkən 349 adamın ya bir xəstəlikdən, ya da qəza nəticəsində 4 il içində öldüyü təsbit edilib.

Məlumatda oda bildirilir ki, tədqiqata imza atanlardan biri Dr. Davangere Devanandır bildirib ki, 65-dən aşağı yaşda olanlar üçün iybilmə hissi ilə bağlı başqa təcrübələrin edilməsi lazımdır.

Tədqiqatı aparanlar qoxu hissinin azalıb-azalmadığını bilmədən ağır bir xəstəliyə diaqnoz qoyulmasını düzgün hesab etmirlər.

Qoxu duyğusu azalan yaşlıların pozulmuş bir yeməyi yemək, qaz sızması və ya yanğın-qoxu zəhərlənməsindən hallarından həyatlarını itirdikləri məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə