Həftə ərzində neçə saat işləməliyik? ARAŞDIRMA

Həftə ərzində neçə saat işləməliyik? ARAŞDIRMA

Avstraliyalı alimlər insanlara sağlamlığına zərər vurmaması üçün neçə saat işləməli olduqlarını araşdırıblar. SİA-nın xəbərinə görə, onların araşdırmalarına görə, insanlar sağlamlıqlarını risk altına almamaq üçün orta hesabla həftə ərzində 39 saat işləyə bilərlər. Bu həddi keçənlərin həm fiziki həm də psixoloji sağlamlığı risk altına düşür.

8 min insan arasında həyata keçirən test əsasında bu nəticəyə gələn alimlər çox işləyənlərin maksimum nəticə əldə edə bilməsi fikri ilə razılaşmırlar. Onların gəldiyi qənaətə görə, işçi yalnız iş saatından sonra yenidən enerjisini bərpa etməsi üçün lazımı zamana malik olarsa, o zaman yüksək nəticə əldə edə bilər.

İş zamanı güclü yüklənmə işçinin həm fiziki həm də psixoloji xəstəliklərə gətirib çıxara bilər. Çünki, bir insan uzun müddət işə sərf etdiyi zaman nə gigiyenik nə də normal qidalanmaya müddət ayıra bilmir. Alimlərin fikrincə, qadınlar işdən sonra ev işləri ilə məşğul olduqları üçün onlar həftə ərzində 34 saatdan çox işləməməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə