Diqqət: Süni qida boyaları xərçəng şişləri yaradır

Diqqət: Süni qida boyaları xərçəng şişləri yaradır

Səhər yeməyi üçün kəpəkdən tutmuş dondurmayadək hər yerdə rastlaşdığımız bir çox süni qida boyalarını qadağan etmək lazımdır, çünki onlar xərçəng şişlərinin inkişafı üçün şərait yaradır.

"Elm cəmiyyətin mənafeyinin xidmətində" mərkəzinin direktoru, "Qida boyaları: risklərin müxtəlifliyi" adlı hesabatın həmmüəllifi Maykl Ef Ceykobson bildirmişdir ki, haqqında danışılan sintetik kimyəvi birləşmələr məhsulların nə dadını, nə də təhlükəsizliyini artırmır. Əksinə, onlar uşaqlarda problemlərin yaranmasına, hər birimizdə xərçəng xəstəliyinin inkişafına səbəb olur.

Hər il dünyada yeddi milyon kiloqram sini boyadan istifadə olunur, geniş istifadə olunan peçenye, konfet, dondurma kimi məhsulların tərkibinə qatılır. Ən çox ehtiyac olan boyalar qırmızı 40, sarı 5 və sarı 6-dır. Məlumdur ki, onların tərkibində kanserogenlərin miqdarı çoxdur.

Bu faktlar belə təxmin etməyə imkan verir ki, digər boyalar da (mavi 1, mavi 2, yaşıl 3) xərçəngə səbəb ola bilər. ABŞ-ın Ərzaq və Dərmanlar İdarəsi, qırmızı 3-ün kanserogen olduğunu etiraf etsə də, həmin boyaya qadağa qoymamışdır. Bu minvalla hər il bütün dünyada ərzaq məhsullarının istehsalında 100 min kiloqramadək qırmızı 3 boyası istifadə olunur.

Yeri gəlmişkən, 2008-ci ildə aparılmış tədqiqatlar göstərmişdir ki, sarı qürub (E110), xinolinli sarı (E104), karmoizin (E122), cazibədar qırmızı (E129), al qırmızı 4R(E124) və tartrazin (E102) kimi süni boyalar uşaqların sağlamlığına və davranışına mənfi təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə