ABŞ alimləri: Albalı şirəsi yuxugətiricidir

ABŞ alimləri: Albalı şirəsi yuxugətiricidir

Nyu-Yorkdakı Roçester Universitetinin alimləri zərərsiz yuxugətirici vasitə kimi albalı şirəsindən istifadə etməyi məsləhət görürlər.

Mütəxəssislər təcrübədə iştirak edən könüllüləri iki dəstəyə bölüb, birincisinə albalı şirəsi, digərinə isə başqa meyvələrin şirəsini vermişlər. Onlar səhər və axşam bir stəkan şirə içmişlər. Ekspermientin nəticələri göstərmişdir ki, şəkər qatılmamış albalı şirəsi içənlər yoldaşlarına nisbətən 17 dəqiqə çox yatmışlar.

Tədqiqatçılar albalı şirəsinin yuxugətirici təsirini tərkibindəki melatoninlə əlaqələndirmişlər. Bu hormon gündəlik yuxu-ayıqlıq siklini tənzimləyir. Yuxunu möhkəmləndirən albalı şirəsi bəzi dərmanlar kimi orqanizmə kənar təsir göstərmir. Odur ki, albalı şirəsindən, eləcə də meyvəsindən dərmanlara alternativ təhlükəsiz natural vasitə kimi istifadə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə