Danimarka alimləri: Körpələrdə həzmin pozulması irsi xəstəlikdir
Danimarka alimləri 2 milyondan çox uşaq barədə məlumat toplayaraq belə qənaətə gəliblər ki, pilorostenoz (mədə çıxacağının daralması) irsi xəstəlikdir.
Bu, ölüm təhlükəsi olan olduqca ciddi xəstəlikdir. Zahirən sağlam görünən körpələrin mədələrinə daxil olan qida onikibarmaq bağırsağa keçmir. Tədqiqatçıların fikrincə, bu xəstəlik yeni doğulmuş hər min körpədən 1-3-də özünü göstərir.
Alimlər biryumurtalı əkizlər arasında da həmin xəstəliyi tədqiq etmişlər. Məlum olmuşdur ki, pilorostenoz əsasən əkizlərin ömrünün ilk ilində inkişaf edir. İndiyədək 3362 belə uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. O da məlum olmuşdur ki, həmin xəstəliyə biryumurtalı əkizlərin 46 faizi, ikiyumurtalı əkizlərin isə 7,7 faizi məruz qalmışdır. Beləliklə, pilorostenoz riski biryumurtalı əkizlər üçün 200 dəfə, doğma qardaşlar üçün 20 dəfə artır.
Oğlan uşaqlarında pilorostenozun irsən ötürülməsi riski daha yüksəkdir. Bu xəstəlik lap yaxın qohumlara, xüsusən biryumurtalı əkizlərə keçir. Alimlər hesablamışlar ki, bütün amilləri nəzərə almaqla irsilik ehtimalı 87 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB