Amerika dietoloqları artıq çəkidən su pəhrizinin köməyi ilə qurtulmağı tövsiyə edirlər. Pəhrizin bu növü Qərb ölkələrində getdikcə daha geniş yayılır.
Müəyyən edilib ki, orqanizm maye çatışmadıqda stresə məruz qalır və beyinə aclıq siqnallarına bənzər siqnallar ötürür. Nəticədə biz su içmək əvəzinə yeməyə başlayırıq. Bu zaman lazımsız maddələr orqanizmimizin piyə həssas nahiyələrinə toplanır. Qədd-qamətin itirilməsi acısını şüdlü şokolad, yaxud yorucu fitneslə kompensasiya etməyə çalışırıq, halbuki əvvəlki vəziyyətə sudan tarazlı istifadə yolu ilə qayıda bilərik.
Hər gün şirə, çay və qəhvədən başqa 2-2,5 litr su içməklə, biz aclıq hissinin qarşısını ala və yediklərimizin miqdarını azalda bilərik. Doğrudur, bu zaman yağlı məhsullardan imtina etmək lazım gələcəkdir. Özü də məhz su içmək lazımdır, çünki hətta çay və qəhvənin tərkibində orqanizmin kimyəvi tərkibini dəyişən aktiv maddələr vardır. Əlavə susuzlaşdırma təsiri yaradan zərərli kimyəvi birləşmələrlə dolu olan qazlı sulardan isə danışmağa dəyməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB