Alimlər: Bu xəstəlikdən əziyyət çəkənlər depressiya dərmanları qəbul etməlidirlər

Alimlər: Bu xəstəlikdən əziyyət çəkənlər depressiya dərmanları qəbul etməlidirlər

Amerika alimləri böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin əksəriyyətinin kliniki göstəricilərin olmasına baxmayaraq, depressiya dərmanları qəbul etmədiklərini aşkar ediblər. Naked Science saytı xəbər verir ki, tədqiqatlar çərçivəsində elm adamları hər ay kəskin və xroniki böyrək çatışmazlığından əziyyət çəkən 101 nəfər arasında sorğu aparıblar. Sorğu depressiya əlamətləri və müalicə kursunun gedişatına aid idi.

Araşdırmalar zamanı 101 nəfərdən 39-da depressiya əlamətləri müşahidə edilib. 18 haldan 11-də depressiya əleyhinə dərmanların qəbulu həkim tərəfindən məsləhət görülməsə də, xəstələrin 91 faizinin özlərinin bu tipli preparatları qəbul etməkdən imtina etdikləri bəlli olub.

Tədqiqatçıların fikrincə, bu göstərici adıgedən xəstəlikdən əziyyət çəkən insanların müalicə istiqamətinə yenidən baxılmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə