Aparılmış tədqiqatlar bağırsaqdakı bakteriyaların xüsusi əlaqə kanalları ilə insan davranışına təsir etdiyini göstərir. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının məlumatına görə, tədqiqatlar nəticəsində alimlər bakteriyaların ətraf aləmə siqnal molekulları ötürdüklərini ehtimal edirlər. Bildirilir ki, bağırsaq immun, endokrin və sinir sistemləri ilə əlaqəli olduğu üçün bu siqnallar davranışımıza bakteriyalara sərf edən formada təsir edə bilər. Elm adamları bu təsirin ikitərəfli xarakter daşıdığını bildirir, rasion dəyişikliyi zamanı mikrofloranın tərkibinin təməlli olaraq bir neçə sutkaya dəyişə biləcəyini vurğulayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB