Çində becərilən 1.1 metr boya malik olan, görünüşünə görə çətirə bənzəyən Reishi göbələyi görənləri heyrətə salır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "ölümsüzlük göbələyi" adlandırılan qırmızı rəngli reishi Çin və Yapon tibbində min illərdir ki, istifadə edilir.
.jpg)
Yemək üçün nəzərdə tutulmayan göbələk maye şəklində istehlak olunur. Əsasən palıd və ərik ağac kötüklərinin üzərində təxminən 9 ay müddətinə yetişdirilir.
.jpg)
Yaşına görə, alt hissəsi qəhvəyi tonlarında, taxta kimi sərt olan göbələk növünün dadı acı olduğundan ondan təzə və ya qurudulmuş şəklində toz halına gətirməklə istifadə edilir.
.jpg)
İçinə Reishi ekstraktı əlavə edilən su bir çaydanda təxminən 2 saat qədər qaynadılır və ondan isti şəkildə istifadə edilir.
.jpg)
Tərkibində böyük miqdarda antioksidant olduğu üçün qaynadılan sudan dərhal istifadə edilmədikdə, 1.5 saat içərisində keyfiyyətini itirə bilir.

Yaponlar " ölümsüzlük" mənasını verən və insan ömrünü 120 yaşa qədər uzadan Reishi göbələyini ən çox istehlak edən ölkədir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB