Britaniyalı alimlər: Çuğundur şirəsi insanın dözümlülüyünü artırır

Britaniyalı alimlər: Çuğundur şirəsi insanın dözümlülüyünü artırır

Ekseter Universiteti (Böyük Britaniya) alimlərinin gəldikləri qənaətə görə, çuğundur şirəsi insanın dözümlülüyünü artırır, əzələlərinin enerjisinə qənaət edir.

Tədqiqatçılar bundan əvvəl aydınlaşdırıblar ki, çuğundur şirəsi içən idmançılar fiziki yükdən daha az yorulurlar. Ona görə də məşğələlərin müddətini 16 faiz artıra bilirlər. Çuğundur şirəsinin faydalı təsiri müntəzəm məşqlərdə özünü daha yaxşı büruzə verir.

Tədqiqatlar göstərmişdir ki, çuğundur şirəsi içdikdən sonra qanda nitratın miqdarı ikiqat artmış, əzələlərin əsas enerji mənbəyindən – adenozintrifosfatdan istifadə sürəti azalmışdır. Nəticədə tədqiqat obyektlərinin əzələləri daha səmərəli işləmiş və az oksigen udmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə