Diqqət: Ətriyyatın tərkibindəki kimyəvi maddələr insan orqanizmi üçün təhlükəlidir

Diqqət: Ətriyyatın tərkibindəki kimyəvi maddələr insan orqanizmi üçün təhlükəlidir

Kanadanın müstəqil ekspertlərinin sözlərinə görə, bəzi ətirlərin tərkibində zərərli maddələr vardır və bu da insan sağlamlığına mənfi təsir göstərir.

Tədqiqatçılar müstəqil ekspert laboratoriyasına bir sıra müqayisəli analizlər aparmağı tapşırıblar. Laboratoriyanın mütəxəssisləri "Acqua Di GIO", "American Eagles Seventy Seven" və "Dolce & Gabbanas Light Blue" ətirləri də daxil olmaqla ətriyyat məhsullarının tərkibində bir sıra potensial zərərli kimyəvi maddələrin olduğunu aşkar ediblər.

Müəyyənləşdirilib ki, həmin kimyəvi maddələr güclü allergiya yaradır, insan orqanizminə, xüsusən qalxanvari vəziyə mənfi təsir göstərir.

Aparılan tədqiqatların nəticələri üzrə ekspertlərin hazırladıqları məruzə iştirakçılarından biri demişdir: "Evinizdə tropik meşə, çiyələk və ya şam ağacı qoxusu verən nə varsa, hamısının tərkibində kimyəvi maddələr mövcuddur". Kanada ekspertləri ətriyyatdan istifadə edənləri ehtiyatlı olmağa çağırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə