Yuxusuzluq təkcə gözlərin altında qara ləkələrə səbəb olmur. Yuxusuzluq həm də orqanların ətrafında piy toplanmasına gətirib çıxarır.
Tədqiqatların nəticələri göstərir ki, yuxusuzluq kökəlməyə meyilli gənc qadınlarda maddələr mübadiləsinin pozulmasına səbəb olur.
Yuxusuzluq sutkada 5 saatdan az yatan adamların daxili orqanlarının ətrafında piy yığılması ilə nəticələnir. Belə adamlar metabalik pozuntulara, məsələn, piylənməyə və diabetə məruz qala bilərlər. Lakin çox yatmaq da orqanizm üçün ziyanlıdır. Məlum olmuşdur ki, 8 və daha artıq saat yatan adamların da daxili orqanlarının ətrafında piylənmə prosesi gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB