"Kurtlar Vadisi Pusu" serialı yenidən efirə qayıdır.
SİA-nın məlumatına görə, bu barədə serialın əsas qəhrəmanlarından biri olan Cahit Kaya məlumat verib. Aktyor sosial şəbəkədə yazıb ki, ekran işi bu ilin sentyabr ayında tamaşaçı qarşısına çıxacaq: "Serialın 301-ci bölümü sentyabr ayında yayımlanacaq. Layihədə eyni komanda üzvləri iştirak edəcək. Bundan əlavə, "Kurtlar Vadisi – Darbe" apreldə, "Kurtlar Vadisi- Kıbrıs" isə yay aylarında çəkiləcək. Əlimizdən gəldiyi qədər məlumat verməyə çalışırıq, hər kəsə təşəkkürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB