Elm adamları: Ofis işçiləri oksigen azlığından əziyyət çəkirlər

Elm adamları: Ofis işçiləri oksigen azlığından əziyyət çəkirlər

Ofis işçilərinin davamlı olaraq özlərini yorğun hiss etmələrinin səbəbi yuxusuzluq və ya ağır nahar deyil. Bu amillərin müəyyən təsiri olsa da, əsl səbəb oksigen azlığıdır.

ABŞ-ın elm adamları ofis və idarələrdə karbonun miqdarının yüksək olması səbəbindən işçilərin özlərini yorğun hiss etdiyini bildirirlər. Ofisdəki karbondioksidin miqdarı açıq havada olduğundan daha çoxdur. Ventilyasiya sisteminin düzgün qurulmadığı ofislərdə çalışanların tənəffüsü ilə əlaqədar bu nisbət zərərli həddə çıxa bilir.

Araşdırma zamanı mütəxəssislər ofis, sinif, iclas otaqlarındakı və açıq havadakı karbondioksidin miqdarını ölçüblər. Güman edildiyi kimi, ən sıx karbondioksid iclas otağında qeydə alınıb. Yeri gəlmişkən, insan sağlamlığını təhdid etməsə də, yüksək həddə olan karbondioksid insanın beynindəki qərar vermə mexanizmlərinə mənfi təsir edir və yorğunluq yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə