Amerika alimləri: Yuxunun pozulması eyni cür qidalanma ilə bağlıdır
Mütəxəssislər çoxsaylı könüllünün iştirakı ilə tədqiqat apararaq, yemək rasionu ilə yuxunun keyfiyyəti arasındakı bağlılığı təhlil ediblər. "Wek.ru" saytı xəbər verir ki, pensilvaniyalı (ABŞ) mütəxəssislər bir çox insanların yuxu rejiminin pozulmasının mümkün səbəblərindən birini aydınlaşdıra biliblər. Məlum olub ki, yuxu problemi düzgün olmayan eyni cür qidalanma ilə əlaqədar ola bilər. Eyni kalorili yeməkləri yeyən insanlar orta hesabla altı saat yatırlar. Çeşidli və taraşlaşdırılmış yeməklərlə qidalanan insanlar isə daha rahat yatırlar. Onların yuxu müddəti gündə azı 7-8 saat olur.
Müəyyən edilib ki, yetərincə su içməyən insanlar da az yatırlar. Doyunca yatması üçün doqquz və daha çox saat tələb olunan insanlar şokolad, çay, karbohidrat və doymuş yağlara ehtiyac hiss edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB