Yaşıl çay kişiləri daha ağıllı edir

Yaşıl çay kişiləri daha ağıllı edir

Alimlər yaşıl çayın tərkibinə daxil olan kofein və L-teanin maddəsinin güclü cinsin nümayəndələrində zehni qabiliyyəti artırdığını müəyyən ediblər. Belə ki, hollandiyalı mütəxəssislər 44 könüllü üzərində apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər ki, yaşıl çay beynin fəallığını gücləndirir.

Onlar tərkibində böyük miqdarda polifenolların mövcudluğu hesabına yaşıl çayın aterosklerozda, şəkərli diabetdə, bağırsağın iltihablı proseslərində və artıq çəki problemində də faydalı olduğu rəyinə gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə