Alimlər: Emal edilmiş ət astma simptomlarını daha da gücləndirir
Alimlər emal edilmiş ətin astma simptomlarını daha da gücləndirə biləcəyini aşkarlayıblar. Bbc.com saytı xəbər verir ki, tədqiqatçılar buna səbəb kimi emal zamanı istifadə edilən nitrit deyilən qoruyucu maddənin olduğunu bildiriblər.
2003-2013-cü illər ərzində Fransada keçirilmiş araşdırmada iştirak edən 1000 insanın yarısında astma xəstəliyi var idi. Astma xəstəliyi olan insanlar arasında birhəftəlik təcrübədən sonra onlarda ağciyər simptomlarının ağırlaşdığı müşahidə edilib.
Emal edilmiş ət, həmçinin xərçəng xəstəliyinə səbəb ola bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, gün ərzində 50 qram emal edilmiş ət yemək bağırsaq xərçənginin inkişaf riskini 6 faizdən 7 faizə qədər artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB