Saç tökülməsinin qarşısını alan 7 yemək

Saç tökülməsinin qarşısını alan 7 yemək

Daima tökülən saçlarınız sizi narahat edir? Bəlkədə artıq qida rasionunuza diqqət etməyinizin vaxtı çatıb. Çünki bəzi qidalar saçların tökülməsi ilə əla mübarizə vasitəsidir. Saç tökülməsinə qarşı olan 7 qidanı təqdim edirik:

1.Çərəz

Sağlam saçların Omega-3 yağlarına ehtiyacı var. Çərəzdəki bu yağlar saçları qoruyur, sink isə onların tökülməsinin qarşısını alır.


2. Zeytun yağı

Bu yağ E vitamini qaynağıdır. E vitamini isə saçların qalınlaşmasını və qirunmasını təmin edən antioksidandır. Bu vitamin hüceyrələrin sağlamlığı üçündə vacibdir. Zeytun yağı saç diblərini nəmləndirərək onları qırılmalardan müdafiə edir.


3. Soya

E vitamini ilə zəngin başqa bir qida məhsuludur. Hemoqlobin yaranmasında önəmli olan dəmirlə boldur. Qanda olan hemoqlobin oksigenin bədəndə yayılmasına kömək edir. Bu maddə kifayət qədər olmadıqda qan dövranı pozulur və saçlarınız böyümək üçün qidalana bilmirlər.


4. Yerkökü

Yerkökünün gözlərə faydası bəllidir. Amma o tərkibindəki A vitamini sayəsində saçlara parlaqlıq və sağlamlıq bəxş edir.


5. Taxıl məhsulları

Tam taxıllı qida məhsulları B7 vitamini mənbəyi hesab edilir. Bu vitamin saçların tökülməsi və bozarması ilə mübarizə aparır.


6. İspanaq

B9 vitamini sayəsində parlaq və sağlam saçlar qazana bilərsiz. Kifayət qədər yedikdə faydasını tez bir zamanda adi gözlə asanlıqla görəcəksiniz.


7. İstiridyə (yeyilən dəniz ilbizi)

Bu dəniz məhsulu sinklə zəngindir. Sink təsirli antioksidan olub saçları qüvvətləndirməyə kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə