Bu ərazidə insanlar 120 il yaşayırlar...

Bu ərazidə insanlar 120 il yaşayırlar...

Hindistan və Pakistan sərhəddində yaşayan Hunza türkləri son dövrlərdə çoxsaylı tədqiqatlara cəlb olunublar. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb onların uzunömürlü olmasıdır. Bundan başqa, bu insanların çox qəribə xüsusiyyətləri var. Tamamilə müsəlman olan Hunza türkləri ortalama 110-120 il yaşayırlar. Burada 65 yaş yolun ortası sayılır.
Qadınlar 65-70 yaşlarında ana olurlar. 100 yaşından erkən vəfat edənlərə "tez öldü", deyirlər. Hunza türklərinin daha bir qəribə xüsusiyyətləri odur ki, bu insanlar xərçəng xəstəliyinə tutulmurlar. Araşdırmalar bu kimi xüsusiyyətlərin meydana çıxmasında səbəb kimi onların dənizdən 6 min metr yüksəklikdə bol oksigeni olan bir bölgədə yaşamasını göstərir.

Eyni zamanda, təbii bulaq suyu və yalnız öz əkib-becərdikləri məhsullarla qidalanmaq da onların sağlamlığında öz əksini tapır.

Bütün xəbərlər Facebook səhifəmizdə