(Sadə peşə adamları silsiləsindən)
Sumqayıtda onunla kim ilk dəfə tanış olursa və onun xoş xasiyyətini görürsə, duzlu, məzəli sözlərini, lətifələrini eşidirsə bu adama heyran olur. O, ulu öndər Heydər Əliyevin və sevimli prezidentimiz İlham Əliyevin Sumqayıtda ən böyük təbliğatçılarından biridir. Eldarın insanlarla çox tez dil tapmaq şakəri var. Ona görə də hamı ona "Bizim Eldar" deyir. Onun kiçik çəkməçi emalatxanası hər gün adamlarla dolu olur. Bəziləri ayaqqabılarını təmir etdirməyə, bəziləri təzə ayaqqabı tikidirməyə və bəziləri də onun duzlu, məzəli söhbətlərinə qulaq asmaq üçün onun yanına gəlirlər. Eldar həm də tarixi çox mükəmməl bilir. O, hətta 1987-ci ildən başlayaraq Ermənistanda yurddaşlarımıza qarşı törədilən bütün təxribatları cinayətləri ən kiçik detallarına qədər bilir. Həm də ondan sonrakı bütün hadisələri kino lenti kimi bütün təfərrüatı ilə elə yerli-yataqları və dəqiq danışır ki, adam onun belə iti yaddaşına heyran qalır. Hətta həmin hadisələri törədən ermənilərin adını, soy adını, hadisələr başlamamışdan əvvəllər onların hansı işləri gördüklərini, necə təxribatlar törətdiklərini də yaxşı bilir. Adi, sadə peşə sahibi olan Eldar Bayramovla sizi daha yaxından tanış etmək istəyirəm əziz oxucular.
Qısa arayış: Eldar Məsi oğlu Bayramov 1972-ci il yanvar ayının 15-də Qərbi Azərbaycanın Krasnoselski (əvvəlki adı Çəmbərək) rayonunun Gölkəndində anadan olub.1988-ci ildə Ermənistanda hadisələr başlayanda atasının tövsiyyəsi ilə anası, 6 bacı-qardaşı və onların övladları Azərbaycana gəliblər. Atası Eldarı və sonralar Ağdam döyüşlərində 1994-cü ildə şəhid olan qardaşı Əmiri orada saxlayıb ki, torpaqlarını qorusunlar. Artıq vəziyyət pisləşəndə, ermənilər azğınlaşanda onlar da məcbur 1988-ci ilin dekabrın 3-də çox şaxtalı havada böyük zülümlə Gığı dərəsindən keçərək, Azərbaycana gəliblər. Eldar elə anadan olanda əlil olub. Eldarın atası Məsi kişi müdrik insan olduğundan başa düşüb ki, oğlunun gələcəkdə özünü və ailəsini saxlaması üçün ona hökmən bir sənət öyrətsin. Ona görə də 17 yaşı olanda Eldarın əlimdən tutub Krasnoselski rayonunun Gölkəndində ayaqqbı təmirçisinin yanına gətirib və ondan xahiş edib ki, oğluna bu sənəti öyrətsin. Təki bu sənətlə Azərbaycan xalqına xidmət edə bilərsən və heç kimdən asılı olmayıb, övladlarını dolandıra bilsin. Eldar həmin vaxtdan bu sənəti mükəmməl öyrənib. O, həm yaxşı ayaqqabılar tikir və həm də yaxşı təmir edir. Beləliklə, Eldar 1990-cı ilin oktıyabr ayının 13-dən Sumqayıt şəhərində ayaqqabı ustasi kimi işə başlayıb və bu işi ilə sumqayıtlılara layiqincə xidmət edir. O, 1996-cı il oktyabrın 5-də ailə həyatı qurub. Bir oğlu və bir qızı var. Oğlu Mərdəkanın Polis Akedemyasında oxuyur, qızı isə həkim olmaq arzusu ilə səylə çalışır.
- Eldar, usta kimi insanlara necə ayaqqabı almağı tövsiyyə görərdin?
- İlk növbədə ayaqqabının dermantin olmamağını müəyynləşdimək lazımdır və ucuz ayaqqabı almaq lazım deyil. Çünki onların padoşları tez çatlayır, təmirə gətirəndə isə düzəltsən də tez sıradan çıxır. Bu fikir mənim şəxsi fikrimdir. Bu fikri mən müşahidələrimə əsaslanaraq söyləyirəm. Sex ayaqqbıları və bahalı firma ayaqqabıları çox keyfiyyətli olur. Bunun üçün də təmirə çox az vaxtlarda gəlir. Yəhudilərin də belə bir maraqlı fikirləri var. Onlar deyir: "Mən elə də varlı adam deyiləm ki, hər ucuz şeyə pul verəm".
- Çəkməçi sənətinə yeni başlayanlara nə tövsiyyə edərdin?
- Umumiyyətlə sənətin pisi yaxşısı yoxdur. Dahi Nizami də deyib ki, "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Amma bu sənətər arasında ən çox vaxt və zəhmət tələb edən çəkməçi sənətidir. Məm özüm 2-ci qrup əliləm və özümlə birlikdə bu sənətimlə 5 nəfər ailə üzvülərimi saxlayıram və dildən, dulaqdan, ayaqdan əlil olanlar bu sənətlə məşqul ola bilərlər. İlk növbədə özünü və ailəsini lazım olan səviyyədə dolandıra bilərlər, əgər yaxşı sənətkar ola bilsələr. Buna görə ilk növbədə ümumliderimiz, dahi şəxsiyyət Heydər Əliyevə dönə-dönə minnətdaram.Çünki biz əlillər onun mərdliyini və bizə böyük qayğısını görüb özümüzü bu xalqın içərisində yararlı bir insan kimi hiss edirik. Heç bir zaman mən onun bu sözlərini unutmuram: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu sözləri yazdırıb, otağıma vurmuşam.
- Bu gün Azərbaycan dövlət başçısının apardığı siyasət haqqında sadə bir peşə adamı kimi nə diyə bilərsən?
- Ulu Öndərin dünyasını dəyişməsindən mən də bir azərbaycanlı kimi çox məyus olmuşdum. Möhkəm sarsılmışdım. Bu dahi şəxsiyyəti yada saldıqca tez-tez ağlayırdım. Heç cürə özümü ələ ala bilmirdim. Fikirləşirdim ki, ondan sonra bizim taleyimiz necə olacaq? Axı, biz Ermənistanda çox böyük əziyyətlər çəkmişdik. 1988-ci ilin dekabr ayının 3-ə qədər atam, qardaşım və mən Azərbaycan sərhədlərinə gəlib çıxana kimi böyük əziyyətlər çəkmişdik. Atam və qardaşım məni demək olar ki, qucaqlarında gətiriblər. Çünki mən hər iki ayaqdan şikəstəm və qarlı havada da yeriyə bilmirdim. Dəfələrlə ölüb-dirilmişdim. Elə bil Allahın bizə rəhmi gəldi və xalqın böyük istəyi ilə bizim prezidentimiz İlham Əliyev oldu. Bu gün İlham Əliyev cənabları da Ulu Öndərin uğurlu yolunu davam etdirməklə, dahi rəhbərdən heç də geri qalmır və vətənimiz üçün səylə çalışır. Onun apardığı uğurlu siyasət heç bir ölkədə yoxdur. Çünki xalqımız əmin-amanlıqda yaşayır. Müharibə şəraətində yaşamağımıza baxmayaraq, həmişə prezidentimizi dəstəyləyirik və biz də prezidentimiz kimi torpaqlarımızın geri qaytarılmasını istəyirik. Həm də nə qədər ki bizim İlham Əliyev kimi prezidentimiz və nə qədər ki, belə güclü ordumuz var torpaqlarımız tezliklə erməni işğalçılarının tapdağı altından azad olunacaq.
- Sumqayıt günü-gündən gözəlləşir, bu haqda sənin də fikirlərini bilmək istərdik.
- 28 ildir ki, Sumqayıtda yaşayıram. İndiyənə dədər Sumqayıtı bu cür gözəl görməmişdim. Bu da əlbəttə, cənab İcra Hakimiyyəti başçımız Zakir Fərəcəovun sayəsində Sumqayıt belə gözəlləşdi. Zakir müəllim prezidentimizin göstərişi ilə qısa bir müddət ərzində Sumqayıtı xəyallarımızda olduğundan da gözəl hala çevirdi. Bəzən mən də işdən sonra ailəmlə birlikdə Heydər Əliyev və Nəsimi parklarında gəzərkən bu gözəllikdən həzz alıb istirahət edirik və öz gələcək arzularımız haqqında xoş fikirlər düşünürük.
- Gələcək arzularınız haqqında bizi də bilgiləndirə bilərsənmi?
- Əlil olduğuma görə təhsil ala bilməmişəm və atamın tövsiyyəsi ilə çəkməkçi sənəti ilə məşğul oluram. Çox istərdim ki, ayaqqabı emalatxanamı bir qədər də genişləndirəm və mənim kimi əlil olan adamlara bu sənəti öyrədim. Qoy onların da mənim kimi mənalı həyatı olsun və bu cəmiyyətdə özlərinə bir yer tuta bilsinlər. Mən təhsil ala bilməmişəmsə, istəyirəm ölvladlarım ali təhsil alsın və dövlətə, xalqa layiqincə xidmət etsinlər. Mənim ən böyük arzum isə odur ki, Qərbi Azərbaycana, əvvəlki dədə-baba yurdlarımıza qayıda biləydik. İnanın. Demək olar ki, həmin yerlər tez-tez yuxularıma girir. Və səhər də durub kövrəlirəm. Axır vaxtlar həmin yerlər yadıma düşdükcə çox kövrək olmuşam. Dədə-baba yurdlarımız, meyvəli meşələrimiz, buz bulaqlı sularımız, sağlamlıq üçün əsl dərman olan təmiz havamız, uşaq yaşlarında qoyun-quzu otardığım yamacları heç vaxt unuda bilmirəm. Həmin yerlər üçün çox darıxıram. Amma daxilimdə böyük bir inam var ki, sevimli prezidentimiz İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində biz Qarabağı və həmin yerlər tezliklə geri qaytaracağıq.
- Qoy sənin bu arzuların tezliklə çin olsun Eldar. Çünki bu arzu, yer üzündə yaşayan 60 milyona yaxın bütün azərbaycanlıların arzusudur. Çünki tarixlər boyu Azəri xalqı, dəfələrlə belə imtahanlardan qalib çıxıb. Həmin torpaqları geri qaytara bilməsək, ulularımız da bizi heç vaxt bağışlamaz.
Elnur AĞALAROĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB