Məlumata görə beyin damarlarında görülən və anevrizma adlanan qabarcıqlar qanaxma olduğu zaman ölümlə və yaxud şikəst qalmaqla nəticələnir.
Beyin damarındakı zəif bir nöqtənin qabarması yəni anevrizma çox vaxt gizli ortaya çıxır. Bəzilərinin fikrincə buna görə də diaqnoz qoyulduğunda mütləq müalicə olunmalıdır. Ailəsində beyin damar xəstəliyi olan, yaxın qohumunda anevrizma olan və ya yüksək qan təzyiqi olanlar risk qrupuna aiddir. Siqaret çəkənlərdə də anevrizma riski daha yüksəkdir.
Günümüzdə inkişaf edən tibb texnologiyası sayəsində anevrizma müalicəsi çox vaxt əməliyyat lazım olmadan, neştərdən istifadə etmədən, qasıqdan katetr vasitəsilə müalicə olunur. Məlumatda oda bildirilir ki, açıq əməliyyatla müqayisədə daha az bir zamanda həyata keçirilən bu müalicə üsulundan sonra xəstə bir-iki gün içində tamamilə sağalır və ayağa qalxır.
Bu müalicənin uğurlu bir şəkildə etmək üçün həkimin xüsusi təhsil alması (operativ nevroradiologiya) və təcrübəli olması lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB