Yaşıl çay kalorini artırmağa təsirlidir

Yaşıl çay kalorini artırmağa təsirlidir

Bildiyimiz kimi, "Maddələr mübadiləsini sürətləndirmək" günümüzün məşhur mövzuları arasında yer alır. Çünki, kilolardan azad olmaq üçün nizamlı məşq etmək üçün kifayət qədər vaxt qalmır. Bu baxımdan maddələr mübadiləsini sürətləndirən çay və ya yeməklərdən istəyə uyğun istifadə etmək olar. Çünki maddələr mübadiləsinin sürətlənməsi üçün gün içində idmanla məşğul olmadan xərclənən kalori miqdarını artırmaq olar.

Maddələr mübadiləsini sürətləndirici çaylar arasında yaşıl çay, darçın çayı, zəncəfil çayı xüsusi fərqlənir. Yaşıl çay hələ qədim zamanlardan bəzi xəstəliklərə qarşı dərman kimi istifadə edilib. Bu çay sağlamlıq və cavanlıq iksiri kimi də qəbul olunur. Qeyd edək ki, yaşıl çay insana enerji gətirir, heyvan yağlarını əridir, həzm sisteminə müsbət təsir göstərir. Xeyirli xüsusiyyətləri ilə yanaşı yaşıl çay dadı və görünüşü ilə də cəlb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə