Canlıların yaşadığı güman edilən planet kəşf edilib

Canlıların yaşadığı güman edilən planet kəşf edilib

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) dünyadan 150 milyon işıq ili uzaqda yeni planet kəşf edib. SİA-nın məlumatına görə, alimlər sözügedən planeti "Kepler" teleskopu vasitəsi ilə aşkarlayıblar.

"Super-Earth K2-3d" adlı planetdə yadplanetlilərin yaşadığı güman edilir. Çünki yeni kəşf edilən planetdə canlıların yaşaması üçün şərait olduğu barədə işarələr var. Ehtimal edilir ki, "Super-Earth K2-3d" planeti yerdəki iqlimə sahibdir, orada su və istilik mövcuddur.

NASA həmin planetdə yaşayış olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün ora "Hubble" teleskopu göndərməyi planlaşdırır. Teleskopun kosmosa gələn il göndərilməsi nəzərdə tutulub. Bu texnoloji vasitə 5 dünya günü müddətində araşdırma üçün gərəkli olacaq.

Kaliforniyanın Texnologiya Universitetinin alimi Björn Benneke sözügedən planetdə hidrogenlə zəngin atmosfer və bulud olmasını yaşayışa işarə kimi qiymətləndirir. Bildirilir ki, əgər orada su, metan və amonyak kimi maddələr tapılsa, artıq ciddi şəkildə yadplanetlilərin axtarışına başlamaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə