Romantik evlilik təklifi FOTO

Survivor 2016 könüllülər komandasında yarışan Efecan Dianzenza, sevgilisi Duygu Çovdara romantik evlilik təklifi edib. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, anası Türk atası isə İngilis olan 26 yaşlı köhnə futbolçu, qırmızı şarlarla bəzədiyi otaqda sevgilisinə diz çökərək evlənmə təklifi edib. Doğum gününə sürpriz hazırlayan Efecanın təklifi qarşısında böyük həyəcan yaşayan sevgilisi razılıq cavabı verib. Cütlük, bu xüsusi anların fotoşəkillərini mediada paylaşıblar. Sosial mediada böyük əks-səda doğuran romantik evlilik təklifi gənc qızların ürəyincə olsa da, həmcinsləri tərəfindən qısqanclıqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə