Bu gün Pinəçilərin peşə bayramıdır

Bu gün Pinəçilərin peşə bayramıdır

26 noyabr Beynəlxalq pinəçi günüdür. SİA-nın xəbərinə görə, bu günü istehsal və təmir sexlərində çalışan sənətkarlar, dizayn, ayaqqabı tikmə və istehsalı ilə məşğul olan biznesmen və işçilər peşə bayramı kimi qeyd edirlər.

Ayaqqabı və onun təmirini özündə birləşdirən pinəçilik işi asan deyil. Əl əməyindən ibarət olan pinəçilər tərlikdən tutmuş çəkmə hazırlamaq üçün böyük əmək sərf edirlər. Məhz buna görə də pinəçilik peşə olaraq ən məşhur peşə hesab olunur. Lakin bu peşə də illər ərzində mexanikləşdi və müasir ayaqqabı sənayesi formalaşdı. Hazırda əhalininin ehtiyaclarının qarşılanması məqsədilə ayaqqabı istehsalında müxtəlif aksesuarlardan, materiallardan istifadə olunur. Bu gün ayaqqabı şirkətləri müxtəlif rezin, dəri, ağac , plastik, parça və digər materiallardan hazırlanan ayaqqabı istehsal edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə