İtaliyanın paytaxtı Romada keçirilən Avropa kardiologiya cəmiyyətinin toplantısında təqdim olunan hesabata görə, ildə 5 milyon insan hərəkətsiz həyat tərzinin səbəb olduğu ürək-damar xəstəliklərinə görə həyatını itirir. Təqdim olunan hesabatda bildirilir ki, hərəkətsizlik dünyada ildə 5 milyondan çox ölümə və Avropada 80 milyard avro səhiyyə xərclərinə səbəb olur.
Toplantıda həmçinin bu problemlərlə mübarizə aparmağın yolarından da danışılıb. Oturaq işlə məşğul olanlar, hərəkətsuz həyat tərzi sürənlər qaçmaq, üzgüçülük, rəqs, ya da velosiped sürməklə ürək-damar xəstəliklərinin qarşısını ala bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB