Yağlı qidalar yaddaşı zəiflədir

Yağlı qidalar yaddaşı zəiflədir

Yağlı yeməklər insanda yaddaş zəifliyi əmələ gətirir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Kanadalı alimlər bildiriblər. Yağlı qidaların davamlı şəkildə qəbul edilməsi yaddaşa ziyan verməklə yanaşı, bağırsaqlarda bakteriyalar əmələ gətirir ki, bu da yaşlılıq da yaddaşın tam şəkildə itməsinə gətirib çıxara bilir.

Mütəxəssislər qidadan əldə etdiyimiz yağların ilk növbədə göz bəbəklərində yağ mənbələri əmələ gətirdiklərini, daha sonra həmin yağların sinir hüceyrələrini məhv edib yaddaşı idarə etdiklərini bildirirlər.

Bəzən bu 10 faiz insanlarda korluğa da gətirib çıxarır. Bunların qarşısını almaq üçün yağlı qidalardan uzaq durmaq və mümkün qədər pəhriz saxlamaq tövsiyə olunur.

Yağlı qidalar həm də insanda piylənmə və sağlamlıqla əlaqədar bir sıra problemlərin yaranmasına yol açır.

Bütün xəbərlər Facebook səhifəmizdə