23 ildir dırnaqlarını uzadır

ABŞ-ın Hyuston şəhərində yaşayan Yani Uilliams adlı qadın dırnaqlarını 23 ildir ki, uzadır. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Yaninin dırnaqları təxminən 70 santimetr uzunluğundadır. Amerikalı qadının qeyri-adi dırnaqlarını görən çox insanın sualı bu dırnaqlarla avtomobil sürməyi və tualetdən necə istifadə etməyi olur. "The Sun" qəzetinin məlumatına görə, dırnaqları çox uzun olduğu üçün yalnız öz evində tualetdən istifadə etdiyini deyən xanım bu cür avtomobil idarə etməyin də çətin olduğunu lakin mümkünsüz olmadığını deyib. Uilyamsın 70 santimetr uzunluğunda olan dırnaqlarınin rənglənməsinin isə bir həftə çəkdiyini bildirib.

Qeyd edək ki, dırnaqlarını daha da uzatmaq istədiyini deyən, Uilliamsın arzusu dünya rekordu qırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə