Trampın otellər şəbəkəsi və qiymətləri (FOTOLAR)

Trampın otellər şəbəkəsi və qiymətləri (FOTOLAR)

Dünyada bir çox lüks otellər Amerikanın yeni prezidenti, biznesmen Donald Trampa məxsusdur. SİA-nın xəbərinə görə, Vaşinqtonda otellərdə 2 qat çarpayı ilə Deluxe otaq 841.6 manat, 788 kvadrat metr təşkil edən ən bahalı lüks otaq 2472.2 manat təşkil edir.

Nyu-Yorkda orta hesabla o qədərdə bahalı olmayan nömrədə qalmaq üçün 833.71 manat, yüksək səviyyəli 1604.3 manat pul tələb olunur.

Las-Veqasdakı Tramp oteli qiymətinə görə sizə gülünc gələ bilər. Sutkası 368.2 manat olan nömrə iki uşaqlı ailələr üçün nəzərdə tutulub. Müştərilərə kiçik mətbəx, isti çəllək, böyüklər üçün yataq və divan da təklif olunur. Lakin Petnhausda nömrələr günü 3760.9 manata təklif olunur.

Milyarderin özünün yaşadığı Tramp Qülləsində ən yığcam nömrədə sutkası 1236.1, iki yataqlı və parka baxışı olan ən lüks nömrədə 3524.2 manata qalmaq mümkündür.

Şotlandiyada yerləşən, pəncərəsi İrlandiya dənizinin mənzərəsinə açılan otellərdə orta hesablı nömrələrdə klassik mebellə birgə sutkası 460.25, lüks nömrədə isə, 841.6 manata təklif olunur.

Tramp öz binesinə turizmi də əlavə edib. Belə ki, Virciniya ştatında yerləşən Trump Winery oteli sadə otağının bir gecəsini 526, ən dəbdəbəli otağını isə 867.9 manat təklif edir.

Panamada yerləşən Trump Ocean Club Panama oteli digərlərinə nisbətən büdcəli hesab etmək olar. Belə ki burada gecələmək üçün 263 manat xərcləmək lazımdır. Lakin Bu otelin ən lüks nömrəsi orta nömrəsindən 4 dəfə baha qiymətə təklif olunur.

İrlandiyanın Dunbeq kəndində 228 nəfər üçün nəzərdə tutulan Trump International Golf Links & Hotel Ireland oteli sadə otağını səhər yeməyi ilə 368.2, lüks nömrəsini 920.5 manat təklif edir. Otelin ən böyük nömrəsi 102 kvadratmetrdir.

Braziliyada yerləşən Trump Rio de Janeiro Hoteli okeana açılır. Qiyməti səhər yeməyi ilə bir yerdə 236.7 manatdan başlayır. Burada nömrələr standar ölçüdə- 28 kvadratmetrdir. Bu oteldə yaşayış o qədər də çox olmur.

Toronto, Kanada da yerləşən Trump International Hotel and Tower Toronto otelində bir gecə qalmaq 489.16 manat başa gəlsə də ən bahalı lüks nömrəsi sadəsindən cəmi 80 manat civarında baha təklif olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə