Soyuqdəymənin düşməni: ədviyyatlı içki

Soyuqdəymənin düşməni: ədviyyatlı içki

Mikrob, virus və iltihab əleyhinə mübarizədə ədviyyatlar güclü təsirə malikdir. Axar.az xəbər verir ki, qrip və soyuqdəymə zamanı ədviyyatlardan istifadə çox yaxşı müalicəvi nəticə göstərir. Ədviyyatlar nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir və sağalma prosesini sürətləndirir.

Soyuqdəymə zamanı ədviyyatlı içki hazırlayaraq tez bir zamanda sağalmanıza töhfə verə bilərsiniz. Bunun üçün aşağıdakı resepti hazırlamalısınız:

İnqridentlər:

0,5 ç.q. sarıkök

0,5 ç.q. darçın

Zəncəfil kökü (3-4 sm uzunluğunda)

0,5 litr isti (qaynar yox)

Hazırlanması:

Kiçik termosa 0,5 ç.q. sarıkök, 0,5 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü, üzərinə yarım litr isti su tökün, 1 saat termosda dəmləyin. Dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etməzdən əvvəl dəmləməyə bal və limon əlavə edin.

Bütün xəbərlər Facebook səhifəmizdə