"Euromonitor İnternational" təşkilatı dünyanın ən "kofesevər" və "çayxor" ölkələrinin siyahısını aparmaq üçün geniş araşdırma aparıb.
79 ölkəni əhatə edən araşdırmada Azərbaycan da yer alıb.
Azərbaycanlıların 99,1%-nin müntəzəm sürətdə çaydan istifadə etdikləri müəyyən olunub. Bu göstərici ilə ölkəmiz dünya üçüncüsüdür. Ən "çayxor" ölkə adını isə Özbəkistan alıb. Burada çay istehlakı 99,6%-ə, 2-ci yerdə qərarlaşan Keniyada isə 99,2%-ə çatır. Pakistanda 99%, Çində 98,9%, Misirdə isə 98,5% əhali çay həvəskarıdır.
Çayxor ölkələrin ilk "onluğu"nu Mərakeş (96,1%), Qazaxıstan (95,6%), Nigeriya (95,4%) və Hindistan (95%) qapayır.
Ən "kofesevər" ölkələr isə Qvatemala (99,6%), Dominika Respublikası (99%), Braziliya (97,4%), Ekvador (97,4% ), Kosta-Rika (96,9%), Yunanıstan (96,8%) və Kolumbiyadır (92,2%).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB