Xəstəliklərdən çayla xilas olun

Xəstəliklərdən çayla xilas olun

Bitkilərin orqanizmə təsiri əvəzolunmazdır.

Bəs görəsən hansı çay hansı xəstəliyə müsbət təsir göstərir?

Cökə:

Soyuqlama və qripə qarşı ən çox istifadə olunan bitkidir. Öskürəyə də kömək edir. Bununla yanaşı qəbizliyin qarşısını almaqda də təsirlidir.

Razyana:

Həzmi asanlaşdırır, köpü aradan götürür, süd artırıcı təsirə malikdir.

Cirə:

Köpü aradan qaldırır, həzmi asanlaşdırır və sakitləşdirir. Süd verən analar üçün xüsusilə xeyirlidir.

Çobanyastığı:

Yuxusuzluğa yaxşı təsir göstərən bir bitkidir. Rahatlaşdırıcı təsiri var. Uşaqlara 6 aydan sonra həkim məsləhəti ilə gündə 1-2 dəfə yarım fincan verilə bilər. Ancaq bəzi çobanyastığı növlərinin zəhərli olduğu unudulmamalıdır.

Nanə:

Ağrını aradan qaldırır, ürək bulanması və qusma zamanı faydalıdır. Limonla birgə istifadə olunan çay 6 yaşdan yuxarı uşaqlara verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə