Yaz boyunca qızmar istiyə dözə bilməyən meyvə ağaclarının yarpaqları qızılı rəngə çevrildikcə Kappadokiya bölgəsi, payızın gözəlliyini bütün ehtişamı ilə ziyarətçilərinə nümayiş etdirir. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, hər mövsüm fərqli gözəllikləri ilə ziyarətçilərini qarşılayan Kappadokiya, payızda yenə minlərlə yerli və xarici turisti özünə çəkməyi bacarıb. Meyvə ağaclarının yarpaqlarının sarı və qırmızıya çevrilməsi, insanı nağıl dünyasına aparır.
Qeyd edək ki, Xüsusən foto həvəskarlarının çəkiliş üçün ən ideal mövsüm kimi qiymətləndirdikləri payızın qızılı yarpaq mənzərələri insanlarda heyranlıq doğurub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB