İsraildə keçirilən toy mərasimlərindən birində maraqlı hadisə baş verib.
Bəylə gəlin öz toylarında xeyirxah addım atıblar. Belə ki, cütlüyün razılığına əsasən toy mərasiminin sonunda, elə şadlıq sarayındaca gəlinin saçlarını kəsərək, xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara parik düzəldən fonda bağışlayıblar.
Qeyd edək ki, bu addım böyük coşqu və mərasim iştirakçılarının alqışları ilə qarşılanıb. Bəy və gəlin isə gülümsəyərək xeyirxah addımlarını səmimi qəlbdən atdıqlarını nümayiş etdiriblər.
publika.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB