Sahibsiz itə kimlik çıxaran tələbələr

Sahibsiz itə kimlik çıxaran tələbələr

Qara dəniz Texniki Universitetin tələbələri, məktəbin həyətində yaşayıb soyuq havalarda isinmək üçün sinif otağına daxil olan "Qobi" adlı itə tələbə kimliyi çıxarıblar. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, isinmək üçün məktəbə daxil olan "Qobini" müəllimə otaqdan çıxardıqdan sonra tələbələr bele qərara gəliblər ki, otağa daxil olmağı üçün itə tələbə bileti çıxarsınlar. Tələbələrin Sosial şəbəkədə paylaşdığı bu foto insanlara nümunə olmaq üçün bir addımdır.

Qeyd edək ki, Qara dəniz Texniki Universiteti, bir çox sahibsiz heyvana ev sahibliyi edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə