Bu yaxınlarda Londonda dünyanın ən bahalı dəm çaydanı nümayiş etdirilib. Bu çaydanın qiyməti 3 milyon ABŞ dollarıdır.
"Eqoist" adlı qızıl çaydan İtaliyanın "Scavia" firması tərəfindən hazırlanıb. Çaydanın hazırlanmasında 1,6 min brilyant və 388 rubin daşından istifadə edilib. Mərkəzində 6 karatlıq rubin, qapağında isə 20 karatlıq brilyant var.
Buna qədər I Yelizavetaya məxsus çinidən hazırlanmış çaydan ən bahalı sayılırdı. Çində hazırlanan və kraliçaya hədiyyə göndərilən çaydan 2007-ci ildə hərracda 2 milyon dollara satılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB