Gündə yeddi fincan çay içən kişilərdə prostat vəzi xərçəngi riski 50 faiz artır

Gündə yeddi fincan çay içən kişilərdə prostat vəzi xərçəngi riski 50 faiz artır

"Ftimes.ru" saytı xəbər verir ki, Böyük Britaniyanın Qlazqo Universitetinin alimləri qırx il ərzində çayın ziyanı ilə bağlı tədqiqat aparıblar.

Tədqiqatda 21-75 yaşlarında altı mindən çox könüllü iştirak edib. Eksperimentin bütün iştirakçıları çoxlu çay içiblər. Bolluca çay içdikləri dövrdə müntəzəm olaraq müxtəlif növ analizlər veriblər.

Məlum olub ki, çaydan imtina edən və ya gündə 3 fincan içənlərlə müqayisədə gündə yeddi fincan və daha artıq çay içən kişilərdə prostat vəzi xərçəngi riski praktiki olaraq 50 faiz artır.

Alimlər müəyyən ediblər ki, hər gün çay içən kişilər prostat adenomasının formalaşması riskinə qəhvə içən yaşıdlarına nisbətən daha çox məruz qalırlar. Bunu universitetin aparıcı mütəxəssislərindən biri bəyan edib.

Alimlər bu yaxınlarda müəyyən ediblər ki, tez-tez süd içmək də təhlükəlidir. Hər gün yarım litrdən çox süd içənlərdə ölüm riski üç dəfə çoxalır. Süd qadınlarda yumurtalıq xərçəngi, kişilərdə prostat vəzi xərçəngi riskini artırır, birinci tip diabetin, səpələnmiş sklerozun yaranmasına və xolesterinin səviyyəsinin çoxalmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə